29 Haziran 2016 Çarşamba

Milan Kundera

  Yaradılış kitabının ən başında bizə Tanrının insanı balıqlar, quşlar və bütün yaratıqlar üstündə hökümran olması üçün yaratdığı yazılır. Yaradılış kitabını yazan insan idi əlbətdə, at deyildi. Tanrının heyvanlar üstündə hökümranlıq hüququ verib vermədiyi çox da məlum deyil. Daha ağıla batan, insanın inəklə at üstündəki hökümranlığlına xeyir-dua verməsi üçün Tanrını yaratmasıdır. Bəli, maralı ya da inəyi öldürmə haqqının olması insanın düşüncə birliyinə çatdığı tək şeydir.

  Bu haqqı qəbul edilən saymağımızın səbəbi iyerarxiyanın ən üstündə olmağımızdır. Amma hələ oyuna üçüncü canlı girərsə - özünə Tanrı tərəfindən, "Bütün ulduzlardakı yaratıqlar üstündə hökümranlıq quracaqsan" deyilən, başqa planetdən bir yaratıq - yaradılış kitabını hamı üçün qanun saymamız o an imkansızlaşar.  Bir Marslının maşınına qoyulan ya da Samanyolu sakinləri tərəfindən şişdə qızardılan bir insanoğlu belki o an boşqabındakı dana ətini xatırlayarda inəkdən (gec də olsa) üzr istəyər.

Hiç yorum yok :

Yorum Gönder